top of page
Writer's pictureDEFSCOPE

Yerli kiber təhlükəsizlik şirkətinin 2021-ci ildəki uğurları

Updated: Feb 25, 2022

Bakı. Trend:

2018-ci ildən etibarən qlobal arenada kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən və qısa müddətdə dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq etməyə nail olmuş yerli Azərbaycan şirkəti “Defscope” MMC ölkədaxili bazarda da öz uğurlarını davam etdirməkdədir. 2021-ci ildə bir çox yeniliyə imza atmış şirkət, eyni zamanda ardıcıl əlamətdar tədbirlər keçirmişdir. Gəlin bunlardan bəziləri ilə tanış olaq.


“Fortinet” ilə əməkdaşlıq


Defscope şirkəti fevral ayında geniş, inteqrasiya olunmuş və avtomatlaşdırılmış kiber təhlükəsizlik həllərində dünya lideri olan Fortinetin “Engage Partner” Proqramına qoşulmuşdur. Hansı ki, bu proqram tərəfdaşlarına müştəri bazarının böyüməsi ilə uyğunlaşdırılan həll yolları yaratmaq, sənayenin qabaqcıl təhlükəsizlik platforması və təlim proqramı ilə fərqlənmək və uğurlu iş nəticələri əldə etmək üçün rahatlıq təklif edir. Oktyabr ayında Defscope MMC-nin Fortinet şirkəti ilə əməkdaşlığı daha da genişlənmişdir. Defscope-un dəvəti ilə reallaşan görüşdə Fortinet şirkətinin sistem mühəndisi Yaşar Məmmədov və regional meneceri Şaiq Səmədov "Fortinet fabric" məhsullarının təqdimatı ilə çıxış etmiş, Defscope komandasına bu məhsulların köməyilə biznes subyektlərində İT infrastrukturların necə dizayn edilməsi istiqamətində mini təlim keçmişdirlər. “Defscope ilə böyü” proqramı çərçivəsində şirkət mütəxəssisləri və təcrübəçiləri üçün Fortinet məhsullarının xüsusiyyətlərindən, ən yaxşı praktikalardan, digər vendorlardan fərqli üstünlüklər və s. haqqında məlumat verilmişdir.



“Palo Alto Networks” ilə əməkdaşlıq


Mart ayında Defscope MMC dünya liderlərindən biri olan Palo Alto Networks ilə əməkdaşlığa başlayıb. “Palo Alto Networks” kiber təhlükəsizlik və bununla bağlı həllər, xidmətlər təklif edən, təhlükəsizlik performansının, idarəetmənin və girişin ən yaxşı xüsusiyyətlərini təmin edən ABŞ şirkətidir. Əməkdaşlıq çərçivəsində şirkətin qlobal xidmətlərini Defscope MMC yerli bazar üçün göstərməkdə davam edir.



“PECB” Tərəfdaşlıq Proqramı


İyun ayında Defscope MMC PECB Tərəfdaşlıq Proqramına qoşulduğunu elan edib. PECB mütəxəssis və təşkilatları beynəlxalq səviyyədə tanınmış standartlara uyğun şəkildə faydalı təhsil, qiymətləndirmə, sertifikatla təmin edir, onlara bilik və bacarıqlarını göstərməkdə köməklik göstərir. Defscope şirkəti də PECB ortağı kimi bu xidmətlərə daxil olan ISO 27001, ISO 27005 standartlarının təklif və təşkil edilməsində təcrübəyə əsaslanan töhfələrini vermək səlahiyyətinə malikdir.


İlk kiber təhlükəsizlik bootcamp-ı


Müasir dövrün və gələcəyin vacib ixtisaslarından olan kiber təhlükəsizlik mütəxəssislərinin yetişdirilməsini strateji məqsəd hesab edərək Defsope MMC avqust ayının 2-dən etibarən bu sahədə mütəxəssislərin hazırlanması üçün intensiv təlimlərə - “CyberSecurity BootCamp” layihəsinə start vermişdir. “Defscope ilə Böyü” proqramının bir hissəsi olan “CyberSecurity BootCamp” təlimləri 5 həftə davam edərək həm nəzəri, həm də praktiki biliklərin (laboratoriyalarda iş) iştirakçılara çatdırılmasını əsas götürmüşdür. Bundan başqa, hər həftə iştirakçılar sahənin ekspertləri ilə mentor görüşlərində də iştirak etmişlər. Təlimlər kiber təhlükəsizlik sahəsində 13 illik təcrübəsi olan Vüsal Salmanlı və Defscope şirkətinin İnformasiya Təhlükəsizliyi üzrə aparıcı mütəxəssisi Xəyalə Əliyevanın birgə iştirakı ilə keçirilmişdir. 4 sentybar tarixində isə bağlanış mərasimi keçirilərək iştirakçılara sertifikatlar təqdim olunmuş, təlim yekunlaşsa belə sonrakı 3 ay müddətində iştirakçılara mentor dəstəyi davam etmişdir

Gələn gəlirlərin bir hissəsi əvvəlcədən söz verildiyi kimi YAŞAT fonduna köçürülmüşdür.



Ölkənin tanınmış 25 top-meneceri arasında…


23 sentyabrda Caspian Energy Club-un təşkil etdiyi birinci milli “CEO Award Azerbaijan” müsabiqəsi onlayn səsvermə yolu ilə 25 ən tanınmış top-menecer qalib elan edildi.

Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib ki:

“Yalnız Azərbaycan brendlərinin iştirak etdiyi “Brand Award Azerbaijan”dan fərqli olaraq “CEO Award Azerbaijan”a yerli şirkət nümayəndələri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin top-menecerləri də qatılıblar. Müsabiqə həqiqətən böyük maraqla qarşılanıb. Onlayn səsverməyə əsaslanan müsabiqədə müxtəlif biznes sahələrini təmsil edən 100-dən artıq yerli və xarici top-menecer iştirak edib. Müsabiqənin əsas məqsədlərindən biri biznes simalarını cəmiyyətə tanıtmaq, onların fəaliyyəti haqqında bilgi vermək idi. Nəticəyə əsasən 2021-ci il üzrə Azərbaycanın 25 ən tanınmış top-meneceri qalib elan edilib. Qaliblər 13 mindən artıq səsverənin iştirakı ilə 100-dən çox namizəd arasından seçiliblər”.Öz fəaliyyəti ilə çox qısa zamanda Azərbaycanın İnformasiya Texnologiyaları bazarında inamla irəliləyən Defscope şirkətinin təsisçisi və direktoru Vüsal Salmanlı da qaliblər sırasında yer almışdır. Vüsal Salmanlı eyni zamanda ABŞ-ın Sirius Computer Solutions şirkətinin Kiber Təhlükəsizlik Xidmətləri üzrə aparıcı məsləhətçisi kimi də fəaliyyətini davam etdirir.


“Oktyabr-Kibertəhlükəsizlik Maarifləndirmə Ayı”


Oktyabr ayında 70-dən çox şirkətə kiber təhlükəsizlik sahəsində maarifləndirmə təlimləri keçirilmişdir. “Kibertəhlükəsizlik Maarifləndirmə Ayı” çərçivəsində İnformasiya Təhlükəsizliyi və onun əhəmiyyəti, həmçinin kiber hücumlara qarşı mübarizənin gücləndirilməsinin Azərbaycanın biznes mühitinə verdiyi faydalarla bağlı maarifləndirmə işləri görülmüşdür. Şirkət “Müəssisə əməkdaşları üçün İnformasiya Təhlükəsizliyinin əsasları”, “Kibertəhlükəsizliyimizi necə təmin edək?”, həmçinin “Azərbaycan Sahibkarlar Konfederasiyası” və “Caspian Energy Club”-un təşkilatçılığı ilə 21 və 28 oktyabr tarixlərində “İnformasiya Təhlükəsizliyi və onun biznes üçün əhəmiyyəti” adı altında silsilə vebinarlar keçirmişdir.


İnformasiya Təhlükəsizliyi sahəsində ilk QHT-nin yaradılması…


18 oktyabr tarixində Azərbaycanda ilk dəfə olaraq “Defscope” şirkətinin direktoru Vüsal Salmanlı və “MEGASCOPS” şirkətinin həmtəsisçisi Elxan Poladlının təşəbbüsü ilə INSECO - İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin açılışı olmuşdur. Onlayn formatda keçirilmiş görüşdə təşkilatın yaranma tarixi, məqsədləri və gələcək fəaliyyətləri barəsində geniş söhbətlər aparılmışdır. Qeyd edək ki, bu ictimai birlik Azərbaycanda İnformasiya Təhlükəsizliyi sahəsində QHT kimi qeydiyyatdan keçmiş ilk qurumdur.


İnformasiya Təhlükəsizliyi sahəsində ilk QHT-nin yaradılması…


18 oktyabr tarixində Azərbaycanda ilk dəfə olaraq “Defscope” şirkətinin direktoru Vüsal Salmanlı və “MEGASCOPS” şirkətinin həmtəsisçisi Elxan Poladlının təşəbbüsü ilə INSECO - İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin açılışı olmuşdur. Onlayn formatda keçirilmiş görüşdə təşkilatın yaranma tarixi, məqsədləri və gələcək fəaliyyətləri barəsində geniş söhbətlər aparılmışdır. Qeyd edək ki, bu ictimai birlik Azərbaycanda İnformasiya Təhlükəsizliyi sahəsində QHT kimi qeydiyyatdan keçmiş ilk qurumdur.


Ölkə daxilində kiber təhlükəsizlik sahəsində çox spesifik və geniş məzmunlu təlim proqramları ilə çıxış edən Defscope TRD mərkəzi artıq yeni təlim proqramlarına qeydiyyatı açıq elan etmişdir. Karyerasını kiber təhlükəsizlik sahəsində qurmaq istəyən və ya karyerasını daha da inkişaf etdirmək istəyənlər üçün 8 müxtəlif təlim hazırlanmışdır.


Daha ətraflı məlumat üçün info@defscopetrd.com email ünvanına yaza və ya (012) 409 25 65 / 055 204 19 12 nömrəsi ilə əlaqə qura bilərsiniz.


Bundan əlavə olaraq peşəkar kiber təhlükəsizlik xidmətlərindən yaralanmaq üçün Defscope MMC-nin info@defscope.com email ünvanına və ya (012) 409 25 65 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

50 views0 comments

Recent Posts

See All

Comments


bottom of page