Defscope Haqqında
Defscope Hekayəsi
Bir Azərbaycan şirkəti olan Defscope 2018-ci ildən başlayaraq qlobal arenada kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərir. Bu qədər qısa müddətdə Defscope dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq etməyə nail olmuşdur. Hal-hazırda Kanada, Amerika və Avropada məhsul və xidmətlərimizlə müştərilərimizi kiber təhlükəsizlik risklərindən qorumağa davam edirik.
Təhlükəsizlik bizim ilk prioritetimizdir və bu düşüncə bizi rəqabətdə ön sıralarda saxlayan əsas ilham verici amillərdən biridir.
Defscope Komandası
Bizim bütün komanda üzvlərimiz dünyanı sürətlə yenilənən texnologiya erasında daha təhlükəsiz bir məkana çevirməyi hədəfləyir və bu amal uğrunda çalışır. Öyrənməyə həvəsləndirici bir mühit yaratmaqla,hər bir komanda üzvümüzdən bilik və bacarıqlarını inkişaf etdirəcək kurs və sertifikatları əldə etmələrini tələb edir və beləliklə müştərilərimizə tam şəkildə xidmət edəcək peşəkar kadrlar yetişdiririk. Komandamızın daim inkişaf etmə və öyrənmə həvəsi şirkətimizin bu sahədə davamlı böyüməsini təmin edir və hədəflərimizə daha tez çatmağımıza səbəb olur.
Defscope Sosial Fəaliyyətləri
Bir qlobal İT şirkəti olarak həm ölkəmizdə, həm də ölkəmizdən kənarda insanların hər zaman kiber təhlükəsizliklə bağlı maariflənməsi, bilik və bacarıqlarının artırılması istiqamətində çalışırıq. Fəaliyyətlərimizə nümunə olaraq aşağıdakıları qeyd edə bilərik:
-
Gənc mütəxəssislərin hazırlanmasına aktiv dəstək və mentorluq
-
Müxtəlif konfranslarda, ictimai tədbirlərdə, sahə üzrə təcrübə və biliklərin bölüşülməsi
-
Beynəlxalq Təhlükəsizlik təşkilatları ilə sıx əməkdaşlıq edərək ən son yeniliklərin və ən yaxşı təcrübələri insanlara və şirkətlərə çatdırılmasında iştirak etmək
-
Dövlət və özəl təhsil müəssisələri ilə əməkdaşlıq edib tələbələr üçün xüsusi təlim, tədris proqramlarının hazırlanmasına dəstək vermək və s.
Kiber təhlükəsizliyin bir seçim yox bugünün texnologiya dünyasında hər kəs üçün zəruri olduğunu düşünürük. Bu səbəbdən Defscope olaraq sosial yönümlü fəaliyyətlərimizi aktiv şəkildə davam etdirmək və daha da genişləndirməyi hədəfləyirik.