top of page
Writer's pictureDEFSCOPE

Defscope MMC Naxçıvanda Seminar Keçirmişdir!

Updated: May 24, 2022



Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bank əməkdaşları üçün seminar keçirilib!


Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada fəaliyyət göstərən banklarda çalışan əməkdaşlar üçün “Bank sistemlərinin proqram təminatlarında istifadə olunan müasir proqramlaşdırma texnologiyaları, banklarda informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi və bank əməliyyatlarının aparılması zamanı zərərverici proqram təminatlarından müdafiə üsulları” mövzusunda seminar keçirilib. Qeyd edək ki, seminarda Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin, “Kapital Bank” ASC-nin Naxçıvan MR idarəsinin, Azərbaycan Beynəlxalq Bankı Naxçıvan Filialının, “AzərTürkBank" ASC-nin Naxçıvan Filialının, “RabitəBank” ASC-nin Naxçıvan şöbəsinin və “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Naxçıvan ofisinin müvafiq nüməyəndələri iştirak edib.


Defscope MMC olaraq bundan sonra da həm özəl, həm də dövlət sektorunda kadrların inkişafı və informasiya təhlükəsizliyi üzrə maariflənmənin artırılması istiqamətində fəaliyyətlər göstərməyə davam edəcəyik!


26 views0 comments

Recent Posts

See All

Comments


bottom of page